...

İranın XİN rəhbəri: İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən yumşaldılmalıdır

Dünya xəbərləri Materials 3 Mart 2013 14:45 (UTC +04:00)
İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən yumşaldılmalıdır, İranın xarici işlər naziri Əli Ələkbər Salehi bazar günü söyləyib.
İranın XİN rəhbəri: İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən yumşaldılmalıdır

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir F. Mehdi/

İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən yumşaldılmalıdır, İranın xarici işlər naziri Əli Ələkbər Salehi bazar günü söyləyib. Bu barədə İRNA xəbər agentliyi məlumat verir.

Salehinin sözlərinə görə, lazımı siyasət nəticəsində sanksiyalar tədricən aradan götürəcək. Düşmənlər ötən il iddia edirdilər ki, sanksiyalar ziyan verəcək, ancaq onlar bəyan etdilər ki, sanksiyalar elə də çox effektiv deyildilər, Salehi deyib.

İran və "altılıq" ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya) nümayəndələri keçən həftə Almatıda nüvə proqramı üzrə danışıqlar keçirib. Hər iki tərəf danşıqların pozitiv məcrada keçdiyi bəyan edib.

Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti