...

İranda prezidentliyə namizəd ildə bir milyon iş yeri açacağını vəd edir

Dünya xəbərləri Materials 5 İyun 2013 13:40 (UTC +04:00)
İranda prezidentliyə namizəd Məhəmməd Rza Arif dövlət başçısı seçiləcəyi təqdirdə ildə bir milyon iş yeri açacağını vəd edib.
İranda prezidentliyə namizəd ildə bir milyon iş yeri açacağını vəd edir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E. Tariverdiyeva/

İranda prezidentliyə namizəd Məhəmməd Rza Arif dövlət başçısı seçiləcəyi təqdirdə ildə bir milyon iş yeri açacağını vəd edib.

Trend-in çərşənbə günü "Press TV"yə istinadən verdiyi məlumata görə, radioverilişdə iştirak edən islahatçı namizəd Arif qeyd edib ki, əsas prioriteti işsizlik və qiymət artımı ilə mübarizə olacaq.

O, həmçinin iranlıları qarşıdakı seçkilərdə iştirak etməyə çağırıb.

Qeyd edək ki, ölkədə prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti