...

İranın Türkiyədəki səfirliyi etiraz aksiyaları zamanı öz vətəndaşlarının həbs olunmasını təkzib edib

Dünya xəbərləri Materials 7 İyun 2013 13:03 (UTC +04:00)
İranın Türkiyədəki səfirliyi bu ölkədə etiraz aksiyalarında iştirak edən İran vətəndaşlarının həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "İSNA" agentliyi xəbər yayıb.
İranın Türkiyədəki səfirliyi etiraz aksiyaları zamanı öz vətəndaşlarının həbs olunmasını təkzib edib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

İranın Türkiyədəki səfirliyi bu ölkədə etiraz aksiyalarında iştirak edən İran vətəndaşlarının həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "İSNA" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, İranın Türkiyədəki səfirliyi bu ölkədə yaşayan iranlıları Türkiyə polisinin baş çəkməyi məsləhət görmədiyi ərazilərdən uzaq olmağa çağırıb.

Bəyanatda, həmçinin bildirilir ki, ötən həftə bir İran vətəndaşı polis tərəfindən saxlanılıb, lakin o, saxlanıldıqdan dərhal sonra azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti