Azərbaycan, Bakı, 1 mart /Trend/
Ukraynanın Donetsk şəhərində nümayişçilər vilayət dövlət administrasiyasının binası qarşısında bayraq ağacından Ukrayna bayrağını götürərək yerinə Rusiyanın bayrağını sancıblar.
Trend-in məlumatına görə, UNİAN xəbər verir ki, mitinq zamanı Lenin meydanında Rusiya tərəfdarlarından ibarət minlərlə şəxs Pavel Qubaryovu "xalq qubernatoru" seçib.