...

Ukraynada "Boeing"-in düşdüyü yerdə həlak olanlardan 181-nin meyiti aşkar olunub

Dünya xəbərləri Materials 18 İyul 2014 15:48 (UTC +04:00)
Malayziyanın Boeing 777 laynerinin düşdüyü yerdə həlak olanlardan 181-nin meyiti aşkar olunub.
Ukraynada "Boeing"-in düşdüyü yerdə həlak olanlardan 181-nin meyiti aşkar olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Malayziyanın "Boeing 777" laynerinin düşdüyü yerdə həlak olanlardan 181-nin meyiti aşkar olunub. Trend-in məlumatına görə, bu barədə "ТСН.ua" saytı Ukrayna XİN-ə istinadən xəbər yayıb.

Ukrayna XİN-in Konsul Xidməti Departamentinin direktoru Andrey Sibiqa bildirib: "Bu günə olan vəziyyətə görə 181 meyit tapılıb".

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Onlardan heç biri sağ qalmayıb.

Cümə günü qəza ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası toplaşacaq. İclasda Ukraynanın BMT yanında daimi nümayəndəsi Yuri Sergeyevin çıxış edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti