...

Rusiya və Türkiyə "Mavi axın"la qaz ixracını artıracaqlar

Dünya xəbərləri Materials 26 Noyabr 2014 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Rusiya və Türkiyə "Mavi axın"la qaz tədarükünü ildə üç milyard kubmetr artırmağa maraq göstərdiklərini təsdiqləyiblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Moskvada Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclasının yekunu ilə bağlı bildirib.

Oktyabrın əvvəlində "Qazprom" bəyan edib ki, Rusiya və Türkiyə yaxın vaxtlarda "Mavi axın" qaz kəmərini maksimum yükləmək və onun gücünü ildə 16 milyard kubmetrdən 19 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

Nazir qeyd edib: "Türkiyə tərəfi qaz tədarükünü ildə üç milyard kubmetrə qədər artırmaq arzusunu ifadə edib. Ümumilikdə hər iki ölkə bu layihənin reallaşdırılmasında maraqlıdır".

A.Novakın sözlərinə görə, "Qazprom" və Türkiyənin BOTAŞ şirkəti texniki və iqtisadi parametrlər üzərində çaılışırlar.

Öz növbəsində, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, ilkin hesablamalara görə, "Mavi axın"la Türkiyəyə əlavə qaz ixracına 2016-cı ilin əvvəlində başlamaq olar: "Biz artıq bu qazı 2015-ci ilin əvvəlində almağa hazırıq".

Nazir ümumilikdə Türkiyədə qaz istehlakının məhz qış dövründə artdığına istinad edib.

Habelə, onun sözlərinə görə, Türkiyə Rusiyadan qaza görə endirim istəyərək ona müvafiq sorğu göndərib: "Biz Rusiya tərəfinə endirimlə bağlı sorğu təqdim etmişik və hazırda nu məsələyə baxılır".

T.Yıldız əlavə edib ki, Türkiyə tərəfi Rusiyanın buna qarşılıq verəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti