...

"Türkiyə enerji sahəsində Rusiyanın etibarlı tərəfdaşıdır"

Dünya xəbərləri Materials 22 Dekabr 2014 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

RF Energetika Nazirliyi Türkiyəni Rusiya enerjidaşıyıcılarının Avropaya tədarükü sahəsində etibarlı tərəfdaş hesab edir və əldə olunan razılaşmaların icrasına ümid edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

A.Novak "Rusiya 24" telekanalına müsahibəsində deyib: "Son vaxtlar türkiyəli tərəfdaşlarla xüsusilə energetika sahəsində çox yaxşı münasibətlər qurulub. Rusiyada, eləcə də Türkiyədə investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər sahəsində əməkdaşlığımız, münasibətlərimizin etibarlılığı məni qane edir. Вununla əlaqədar, şübhəsiz ki, mövcud olan bütün razılşmaların tam yerinə yetiriləcəyinə ümid edirik".

Nazir xatırladıb ki, o, ticari-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədridir.

Onun sözlərinə görə, Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəmərinin çəkilişi Energetika Nazirliyinin və "Qazprom" şirkətinin mütəxəssislərinin türkiyəli həmkarları ilə birgə hazırda üzərində çalışdıqları əsas işdir: "Biz bu layihənin texniki-iqtisadi əsaslandırılması üzərində fəal şəkildə çalışırıq. Hesab edirik ki, enerji resurslarının, eləcə də Avropaya qazın daşınacağı yeni marşrut həmin perspektiv istiqamətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti