Azərbaycan, Bakı, 27 avqust /Trend/
İspaniyanın Xaen vilayətində donuzlar üçün ilk beşulduzlu ferma yaradılıb. Trend-in "Russia Today"-a istinadən verdiyi məlumata əsasən, binada heyvanlar üçün kondisioner və isitmə sistemləri quraşdırılıb.
Heyvanların stress keçirməməsi üçün burada klassik musiqi səslənir, həmçinin oyuncaqlar var.
Ferma sahibi Fransisko Momblan bildirib ki, belə şərait donuzları rahatladır, bu da keyfiyyətli ət istehsal etməyə imkan yaradır.
Fermada təqribən 4 min donuz yaşayır.