Bakı. Trend:
Meksika təhlükəsizlik orqanları altı aydan sonra dünyanın ən təhlükəli narkokartel rəhbərlərindən biri hesab olunan Xoakin "El Çapo" Quzmanı yenidən həbs etməyə müvəffəq olub.
Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, 2014-cü ilin fevralında həbs edilən "Sinaloa" kartelinin başçısı təxminən altı ay əvvəl həbsxanadan qaçmışdı.
Ancaq o, yenidən Meksikanın şimal-qərbindəki Sinaloa ştatının Lis Moçis şəhərində həbs edilib. Bu ştat narkobaronun doğulduğu bölgədir.