...

Sarkisyan yeni müavin təyin edib

Dünya xəbərləri Materials 2 İyun 2016 20:23 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirinin yeni müavinini təyin edib.
Sarkisyan yeni müavin təyin edib

Bakı. Trend:

Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirinin yeni müavinini təyin edib. Trend xəbər verir ki, bu barədə Ermənistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Müvafiq fərmana əsasən müdafiə nazirinin müavini Müdafiə Nazirliyinin Hərbi sənaye üzrə Dövlət Komitəsinin sədri David Paxaçyan təyin olunub.

Qeyd edək ki, aprelin əvvəlində cəbhə xəttində düşmən ordusunun uğursuzluğa düçar olmasından sonra S.Sarkisyan bir sıra yüksək rütbəli zabitləri vəzifələrindən azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti