...

Brüsseldə Ramazan ayı ərzində terror aktları törədilə bilər

Dünya xəbərləri Materials 13 İyun 2016 15:11 (UTC +04:00)
Brüsseldə Ramazan ayı ərzində yeni terror aktları törədilə bilər.
Brüsseldə Ramazan ayı ərzində terror aktları törədilə bilər

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Brüsseldə Ramazan ayı ərzində yeni terror aktları törədilə bilər. Trend-in məlumatına görə, bu barədə ölkənin "Laatste Nieuws" qəzeti Belçika xüsusi xidmət orqanlarına istinadən yazır.

Artıq Brüsselin ictimai yerlərində patrul xidməti çəkən polis və hərbçilərə nəzarəti artırmaq əmri verilib. Nəzarət daha çox futbol üzrə Avropa çempionatına kollektiv şəkildə baxılan yerlərdə, hospitallarda və məktəblərdə gücləndirilib.

Xatırladaq ki, martın 22-də Belçika paytaxtındakı hava limanında və metroda baş vermiş partlayışlar nəticəsində 32 nəfər ölüb, 300-dən çoxu isə yaralanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti