Bakı. Trend:
Donald Trampın ABŞ prezidenti seçilməsinə etirazlar Oreqon ştatının Portlend şəhərində qarşıdurmalara səbəb olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polis etirazçıların daş atdığını, bunun artıq qanunsuz toplaşma olduğunu bildirir.
Hələlik xəsarət alan və saxlanılanlar barədə məlumat verilmir.