...

Gürcüstan Azərbaycan-Aİ "yaşıl" dəhliz layihəsi üzrə tərəfdaşlarla daha sıx əməkdaşlıq gözləyir - Kobaxidze

İqtisadiyyat Materials 4 May 2024 11:44 (UTC +04:00)
Gürcüstan Azərbaycan-Aİ "yaşıl" dəhliz layihəsi üzrə tərəfdaşlarla daha sıx əməkdaşlıq gözləyir - Kobaxidze
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Gürcüstan Azərbaycan-Aİ "yaşıl" dəhliz layihəsi üzrə tərəfdaşlarla daha sıx əməkdaşlıq gözləyir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Gürcüstanın potensialından tam istifadə etmək üçün onun çoxprofilli regional habına investisiya qoymağa davam edəcəyik. Qlobal böhran fonunda isə alternativ marşrutlar beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb edir. Bunu diqqətə alaraq, Qara dənizdə sualtı elektrik təchizatı və internet kabeli, Qara dəniz vasitəsilə bərə daşımaları və s. layihələrin təşviqi üçün tərəfdaşlarımızla daha sıx qarşılıqlı əlaqə gözləyirik", - o deyib.

Onun sözlərinə görə, Gürcüstanın rəqabət qabiliyyətini dəstəkləmək lazımdır və regionda infrastrukturun təkmilləşdirilməsi prioritetdir.

"Bağlantıları yaxşılaşdırmaqla Şərq-Qərb, Cənub-Şərq, Cənub-Şimal dəhlizləri qururuq. Bu seqmentlərdə həlledici rolu isə dərinsulu Anakliya limanı və Tbilisi Beynəlxalq Hava Limanı oynayır. Qeyd etmək lazımdır ki, dəmir yolu sisteminin təkmilləşdirilməsi və korporativ sistemlərin gələcək inkişafı üçün kompleks proqram nəzərdə tutmuşuq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti