...

Çağırışların həlli üçün koordinasiya vacibdir - AİB prezidenti

İqtisadiyyat Materials 4 May 2024 11:42 (UTC +04:00)
Çağırışların həlli üçün koordinasiya vacibdir - AİB prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Çağırışların həlli üçün koordinasiya vacibdir.

Trend xəbər verir ki, bu barədə AİB prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Biz regionumuzun xalqlarının ciddi diqqət və koordinasiyamızı tələb edən problemlərlə üzləşdiyi bir vaxtda bir araya toplaşmışıq. İqlim dəyişmələrinin təsiri zəifləmir, münaqişə və böhranlarla bağlı risklər onların mövcudluq vasitələrini və hətta salamat qalmalarını tez bir zamanda sarsıda bilər. Məhz bu səbəbdən inkişaf yerində dayana bilməz", - o deyib.

Onun sözlərinə görə, reallıqlarla üzləşmək və üfüqdəki çağırışlara hazırlaşmaq üçün inkişaf etmək vacibdir.

"Bu görüşlər bizi bu fəaliyyətə çağırış haqqında dərindən düşünməyə sövq edir. Gələcəyə körpü qurmaq üçün necə birlikdə işləyə bilərik?", - o deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti