...

Bakıda Avropa Komissiyasının nümayəndə heyəti ilə Orta Dəhlizin inkişafı müzakirə olunub

İqtisadiyyat Materials 4 May 2024 11:42 (UTC +04:00)
Bakıda Avropa Komissiyasının nümayəndə heyəti ilə Orta Dəhlizin inkişafı müzakirə olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev şəxsi “X” hesabında paylaşım edib.

"Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşdük. Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərini müzakirə etdik", - nazir bildirib.

Qeyd edək ki, Orta Dəhliz artıq 10 ildir ki, inkişaf edir, lakin son illərdə geosiyasi reallıqlar fonunda ona xüsusi diqqət yetirilir. 2023-cü ildə Orta Dəhlizlə 2,76 milyon ton yük daşınıb, 2024-cü ildə isə 4,2 milyon tona çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti