...

İqlim dəyişmələrinə cavab reaksiyaları verməkdə gecikməməliyik - Masatsuqu Asakava

İqtisadiyyat Materials 4 May 2024 11:44 (UTC +04:00)
İqlim dəyişmələrinə cavab reaksiyaları verməkdə gecikməməliyik - Masatsuqu Asakava
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

İqlim dəyişmələrinə cavab reaksiyaları verməkdə gecikməməliyik.

Trend xəbər verir ki, bu barədə AİB prezidenti Masatsuqu AsakavaTbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Bu təhdid gözardı edilə bilməz və cavabımız gecikməməlidir. 2023-cü il müşahidələr tarixində ən isti il ​​oldu. Biz bunun insanlara təsirini və gələcək inkişaf üçün riskləri görürük. Taxıl bitkiləri və ərzaq sistemləri getdikcə daha da həssaslaşır.

Buzlaqların əriməsi aşağı axınlarda böyük dağıntılara səbəb olur. Sahələrdə və fabriklərin işçiləri, xüsusən də qadınlar istilik stresindən çox əziyyət çəkirlər. Bu, ərzaq təhlükəsizliyindən tutmuş infrastruktura, su resursları və səhiyyəyə, məşğulluq və bərabərliyə qədər bir çox ölçülərdə ciddi təhdiddir. Beləliklə, gələcək istidən əziyyət çəkən insanları, sahə və ekosistemləri necə dəstəkləyəcəyimizdən asılıdır", - o deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti