...

Minlərlə türk Belçikada PKK əleyhinə etiraz aksiyası keçiriblər

Dünya xəbərləri Materials 20 Noyabr 2016 03:18 (UTC +04:00)
Şənbə günü Belçikanın paytaxtı Brüsseldə türk əsilli etirazçılar PKK-ya, İŞİD-ə və ümümilikdə terrora qarşı etiraz aksiyası keçiriblər
Minlərlə türk Belçikada PKK əleyhinə etiraz aksiyası keçiriblər

Bakı. Trend:

Şənbə günü Belçikanın paytaxtı Brüsseldə türk əsilli etirazçılar PKK-ya, İŞİD-ə və ümümilikdə terrora qarşı etiraz aksiyası keçiriblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etiraz aksiyasında 2 minə yaxın türk əsilli etirazçı iştirak edib.

Qeyd edək ki, Türkiyənin PKK ilə münaqişəsi artıq 30 il davam edir və təxminən 40 min insanın həyatına son qoyub.

PKK BMT və Avropa Birliyi tərəfindən terror təşkilat kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti