...

"Qara qutu"nu oxumağa başladılar - Tu-154 təyyarəsində nə baş verib?

Dünya xəbərləri Materials 27 Dekabr 2016 18:29 (UTC +04:00)
Rusiyaya məxsus Tu-154 təyyarəsinin "qara qutu"su artıq Moskvaya çatdırılıb .
"Qara qutu"nu oxumağa başladılar - Tu-154 təyyarəsində nə baş verib?

Bakı. Trend:

Qara dəniz üzərində qəzaya uğrayan Rusiyaya məxsus Tu-154 təyyarəsinin "qara qutu"su artıq Moskvaya çatdırılıb .

Trend "RİA Novosti"yə istinadən məlumat verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin başçısı Maksim Sokolov bildirib.

Onun sözlərinə görə, mütəxəssislər artıq informasiya toplayan qurğunun oxunmasına başlayır, lakin "qara qutuda"kı bütün informasiylar Müdafiə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyanın səlahiyyətindədir.

Qeyd edək ki, dekabrın 25-də Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artisti, 9-u telejurnalist olub.

Xəbər lenti

Xəbər lenti