Bakı. Trend:
Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb. Trend-in məlumatına görə, bu barədə Pakistan Ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur bildirib.
Onun sözlərinə görə, bu, təhlükəsizlik tədbiləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.
Qeyd edək ki, ötən gün Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb.