...

İtaliyanın baş naziri: Italiya Avropa Ittifaqını tərk etməyəcək

Dünya xəbərləri Materials 22 Aprel 2017 00:22 (UTC +04:00)
İtaliya Avropa İttifaqını (Aİ) tərk etməyəcək, lakin çox şey dəyişilməlidir
İtaliyanın baş naziri: Italiya Avropa Ittifaqını tərk etməyəcək

Bakı. Trend:

İtaliya Avropa İttifaqını (Aİ) tərk etməyəcək, lakin çox şey dəyişilməlidir.

Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Paolo Centiloni "Washington Post"a verdiyi müsahibəsində deyib.

Centiloni qeyd edib ki, Avropa İttifaqı qaçqınlar məsələsinin həllinə dair alternativ strategiya hazırlamalıdır: "Bizə alternativ strategiya lazımdır. Liviyaya gələn qaçqınların öz ölkələrinə qaytarılması üçün biz siyasi tədbirlər üzərində işləyirik".

Baş nazirin sözlərinə görə, hazırda qaçqınlar probleminin həlli üçün "çox az iş görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti