...

Bağdadda iki partlayış törədilib - 20 ölü

Dünya xəbərləri Materials 30 May 2017 12:31 (UTC +04:00)
İraqın paytaxtı Bağdadda qısa zaman ərzində iki partlayış törədilib.
Bağdadda iki partlayış törədilib - 20 ölü

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda qısa zaman ərzində iki partlayış törədilib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində ümumilikdə 20 nəfər həlak olub.

Yaralıların sayı 60-a yaxındır.

İlk partlayış şəhərin mərkəzində baş verib və 13 nəfərin həyatına son qoyub. Növbəti partlayışda 7 nəfər həlak olub.

Hər iki hadisə avtomobillərin partladılması nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti