...

Filippində "özünkülərə atəş" nəticəsində 10 hərbçi ölüb

Dünya xəbərləri Materials 1 İyun 2017 08:39 (UTC +04:00)

Bakı. Trend:

Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkənin cənubunda Maravi şəhərində "özünkülərə atəş" nəticəsində 10 hərbçi ölüb, daha 8 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.

Jurnalistlər arasında yayılan yazılı bəyanatında Lorenzana bildirib: "Filippin əsgərlərindən ibarət hərbi qrup bizim öz hava zərbələrimiz altına düşüb, 10 nəfər ölüb, 8 nəfər yaralanıb".

Hadisəyə səbəb kimi, nazir koordinasiyada səhvinin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti