...

Çində evli kişilər üçün "saxlama kameraları" yaradıldı

Dünya xəbərləri Materials 15 İyul 2017 00:05 (UTC +04:00)
Çinin Şanxay şəhərində ticarət mərkəzlərinin birində xanımlarla birgə alış-veriş etmək istəməyən kişilər üçün “saxlama kameraları” açılıb.
Çində evli kişilər üçün "saxlama kameraları" yaradıldı

Bakı. Trend:

Çinin Şanxay şəhərində ticarət mərkəzlərinin birində xanımlarla birgə alış-veriş etmək istəməyən kişilər üçün "saxlama kameraları" açılıb.

Trend-in məlumatına görə, xanımlar alış-veriş edərkən onların ərləri xüsusi otaqlara yollanacaq.

Şüşəli otaqlarda 1990-cı illərin oyunları yazılan kompüterlər olacaq.

İlk bir neçə ay ərzində "ərlərin saxlanma kamerası" ödənişsiz olacaq.

Daha sonra kişiləri bu otaqlara göndərmək üçün xanımlar ödəniş etməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti