...

Dövlət Dumasından Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin

Dünya xəbərləri Materials 17 İyul 2017 16:00 (UTC +04:00)
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.
Dövlət Dumasından Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin

Bakı. Trend:

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə o, Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə çıxış edib.

Rusiya Dövlət Dumasının spikeri fikrini belə əsaslandırıb ki, rus dilinin Ermənistanda rəsmi status alması milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək, necə ki, Qırğızıstan vətəndaşları artıq bu hüquqdan yararlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti