...

Türkiyə HHQ 7 PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 24 İyun 2018 02:15 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri 7 PKK terrorçusunu zərərsizləşdirib
Türkiyə HHQ 7 PKK terrorçusunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri 7 PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş qərargahının Twitter səhifəsində bildirilir.

Məlumata əsasən, qırıcılar İraqın Zap rayonunun Türkiyənin Hakkari rayonu ilə sərhəddəki əraziyə hava zərbələri endiriblər.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti