...

ABŞ-da ağır qəza: 3 ölü, 22 yaralı

Dünya xəbərləri Materials 15 İyul 2018 22:12 (UTC +04:00)
ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.
ABŞ-da ağır qəza: 3 ölü, 22 yaralı

Bakı. Trend:

ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Albukerke şəhərindən 30 km şimalda baş verib. Sərnişin avtobusu ilə minik avtomobili, pikap və yük avtomobili toqquşub.

Qeyd olunur ki, avtobusda 35 nəfər olub. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti