...

Leysan Pekin aeroportunu iflic etdi - 650 reys ləğv edildi

Dünya xəbərləri Materials 17 İyul 2018 10:27 (UTC +04:00)

Bakı. Trend:

Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

Trend-in məlumatına görə, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.

Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazsində hava şəraiti ilə əlaqədar olaraq bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti