...

Türkiyə polisi PKK toplantısına basqın etdi: saxlanılanlar var

Dünya xəbərləri Materials 17 İyul 2018 13:51 (UTC +04:00)
Türkiyə polisi PKK toplantısına basqın edib.
Türkiyə polisi PKK toplantısına basqın etdi: saxlanılanlar var

Bakı. Trend:

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları müxalif Xalqların Demokratik Partiyasının (HDP) Sancaqtəpə rayon təşkilatına basqın ediblər.

Trend-in məlumatına görə, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.

Şöbə əməkdaşları aralarında HDP Sancaqtəpə rayon təşkilatının sədri İlknur Yusufoğlu da olmaqla, 17 nəfəri saxlayıb.

Araşdırma zamanı PKK-ya aid sənədlər, avadanlıqlar, nəşri və yayımı qadağan edilən kitab və jurnallar və s. aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti