...

Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər

Dünya xəbərləri Materials 21 Noyabr 2018 07:13 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər
Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri göstərmək lazımdır".

Qeyd edilir ki, baş katib ölənlərin ailələrinə və Əfqanıstan hökümətinə dərin hüznlə başsağlığı verib: "O, xəsarət alanların tezliklə sağalmasını diləyir".

BMT Təhlükəsizlik Şurasının bəyanatında isə deyilir: "Təhlükəsizlik Şurasının üzvləri terrorçuluğun bütün formalarında və təzahürlərində beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu təsdiq ediblər".

Qeyd edək ki, ötən gün Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Partlayışı terrorçu-intiharçı törədib. Partlayış nəticəsində azı 55 nəfər həlak olub, 60-dan artıq insan isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti