...

Meksikada miqrantları daşıyan maşın aşdı - 25 ölü

Dünya xəbərləri Materials 8 Mart 2019 18:30 (UTC +04:00)
Meksikanın cənubundakı Çiapas ştatında miqrantları daşıyan yük maşını aşıb
Meksikada miqrantları daşıyan maşın aşdı - 25 ölü

Bakı. Trend:

Meksikanın cənubundakı Çiapas ştatında miqrantları daşıyan yük maşını aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 25 nəfər həlak olub.

Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, yük maşını idarəetməni itirərək 10 metrlik dərəyə yuvarlanıb.

Qeyd edək ki, hər il Mərkəzi Amerika ölkələrindən 400 minə yaxın miqrant Meksikadan keçməklə ABŞ-a keçməyə can atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti