...

İtaliyada aeroport işçiləri tətil elan edib: 100-ə yaxın reys təxirə salınıb

Dünya xəbərləri Materials 25 Mart 2019 14:56 (UTC +04:00)
İtaliyada avianəqliyyat işçilərinin həmkarlar ittifaqı 4 saatlıq tətil elan edib
İtaliyada aeroport işçiləri tətil elan edib: 100-ə yaxın reys təxirə salınıb

Bakı. Trend:

İtaliyada avianəqliyyat işçilərinin həmkarlar ittifaqı 4 saatlıq tətil elan edib.

Trend-in məlumatına görə, tətillə əlaqədar “Alitalia” aviaşirkətinin 100-ə yaxın reysi təxirə salınıb.

Qeyd olunur ki, tətil Bakı vaxtı ilə saat 13:00-dan 17:00-dək davam edəcək.

Bu müddət ərzində Roma aeroportunda planlaşdırılan Moskva, Paris, London, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tirana və bir sıra ölkədaxili reyslər təxirə salınıb.

Tətil edən işçilər əmək şəraitinin yaxşılaşmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti