Bakı. Trend:
Braziliyanın Rio de Janeyro şəhərinin şimalında keçirilən əməliyyat zamanı polis əməkdaşları səkkiz nəfəri öldürüb.
Trend-in məlumatına görə, bu barədə Fars Press agentliyi xəbər verir.
Qeyd edilir ki, Mare kompleksində keçirilən əməliyyat zamanı üç şübhəli bilinən şəxs öldürülüb.
Hadisə barədə əlavə məlumat verilmir.