Bakı. Trend:
Keniyanın cənubundakı milli parklardan birində altı turist və bir qrup bələdçini su aparıb.
Trend-in məlumatına görə, bu barədə "France Presse" agentliyi bildirib.
Məlumata əsasən, artıq bir nəfərin cəsədi tapılıb, daha 6 nəfərin itkin düşdüyü bildirilir. Qaranlıq olduğundan axtarışlar bazar ertəsi səhərədək dayandırılıb.
Yeddi nəfərin hamısı Keniya vətəndaşıdır.