...

Tramp administrasiyasına digər liderlərlə danışıqlarını dinləməyi qadağan edə bilər

Dünya xəbərləri Materials 14 Fevral 2020 10:23 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər
Tramp administrasiyasına digər liderlərlə danışıqlarını dinləməyi qadağan edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər.

Trend-in məlumatına görə, bunu D.Tramp "IHeart" radiostansiyasına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "Bu, onların uzun illər ərzində məşğul olduqları şeydir: sən digər ölkələrin liderlərinə zəng etdiyin zaman insanlar dinləyir. Mən bu təcrübəni tamamilə dayandıra bilərəm".

ABŞ prezidentinin sözlərinə görə, onun danışıqlarını təxminən 25 nəfər dinləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti