...

Ermənistanda koronavirusdan ölənlərin sayı 40 nəfərə çatdı

Dünya xəbərləri Materials 5 May 2020 11:09 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 2 619 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 112 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Həmçinin, son sutkada 1 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 40 nəfər koronavirusun qurbanı olub, 1 462 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti