Bakı. Trend:
İsrailin məhkəmə-tibbi ekspertləri Qəzzadan noyabrın 7-də qaytarılmış daha bir girovun qalıqları əsasında onun kimliyini müəyyənləşdirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Kimliyin müəyyən edilməsi prosedurunun başa çatmasından sonra İsrail ordusu ehtiyatda olan baş çavuş Lior Rudayevin ailəsinə, onun nəşinin İsrailə qaytarıldığını bildirib”, - deyə məlumatda qeyd olunur.
