Bakı. Trend:
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Trend xəbər verir ki, "Mançester Yunayted"də çıxış edən Brian Mbemo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Kamerunlu vinger oktyabr ayında ölkə çempionatında meydana çıxdığı 3 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Yunayted" Brian Mbemonu mövsümün əvvəlində "Brentford"dan 75 milyon avroya transfer edib.