...

Ötən 10 ay ərzində 120 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib - Baş prokuror

Cəmiyyət Materials 7 Noyabr 2025 15:40 (UTC +04:00)
Ötən 10 ay ərzində 120 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib - Baş prokuror
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İcraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 198 min manat məbləğində pul vəsaiti ödənilib.

Trend xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev rəsmi mətbuata müsahibəsində deyib.

K.Əliyev bildirib ki, korrupsiya ilə mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də ötən 10 ay ərzində yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

"Həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilmiş, həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76 faizinin ödətdirilməsi təmin edilib",- Baş prokuror əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti