...

Sahil Babayev uzun illər tənqidlərə iradə göstərərək sabit sistemin meydana çıxmasına nail oldu – Zahid Oruc

Cəmiyyət Materials 7 Noyabr 2025 12:25 (UTC +04:00)
Sahil Babayev uzun illər tənqidlərə iradə göstərərək sabit sistemin meydana çıxmasına nail oldu – Zahid Oruc
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hörmətli hökumət üzvləri adından Sahil Babayev burada iştirak edir və hər zaman bu məsələlərə çox da həssaslıqla yanaşaraq çıxışlarında əsas düşündürücü məqamları vurğulayır.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sahil Babayevi çoxdan, Xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən tanıdığını deyən Zahid Oruc vurğulayıb ki, ƏƏSMN-də uzun illər ərzində bir sıra tənqidi məqamlar həmişə cəmiyyətdən gələn sosial problemlərə görə var idi:

“Sahil Babayevə çox ağır miras qalmışdı. Qanunvericilik sistemi sabit deyildi, pensiya sistemi sonuna qədər oturuşmamışdı. İki Qarabağ savaşının, xüsusilə də Vətən müharibəsindən sonrakı dövrdə o insanların statusları, əlillik təyinatlarının verilməsi, o insanlarla ümumiyyətlə davranışlar və s. Bir sıra digər nazirliklərin də bir qədər çiyinlərini əyərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə daha çox axınların yönləndirilməsi fonunda o insan hətta bizim bəzən ayrı-ayrı məsələlərdə tənqidi mövqelərimiz halında iradə göstərərək, nəhayət, sabit bir sistemin meydana çıxmasına nail oldu. Və belə zənn edirik ki, Prezident İlham Əliyev də, Sahil müəllimin məhz bu fəaliyyətini nəzərə alaraq mühüm maliyyə siyasətinin — bilavasitə dövlət başçısı bunu nəhayəti həyata keçirir, amma nazir olaraq da onu təyin etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti