...

Bolqarıstanda avtomobil qəzaya uğrayıb

Turizm Materials 7 Noyabr 2025 06:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend::

Bolqarıstanın cənub sahillərində, Burqas şəhəri yaxınlığında baş verən yol qəzası nəticəsində 6 qeyri-qanuni mühacir həlak olub.

Trend xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Bildirilib ki, sərhəd polisi Kiten şəhərindən qeyri-qanuni miqrantları daşıyan avtomobili təxminən 40 kilometr məsafədə təqib edib. Nəqliyyat vasitəsi Burqasa keçməyə nail olub, lakin maneəni aşmaq istəyərkən aşıb və gölə düşüb.

Hadisə nəticəsində 6 nəfər hadisə yerində ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Rumıniya vətəndaşı olan sürücü xəsarət almayıb və hazırda polis nəzarətindədir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti