Bakı. Trend:
ABŞ Konqresinin Büdcə İdarəsi xaricdən qaynaqlandığı güman edilən kiberhücuma məruz qalıb.
Trend xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Mənbələrin məlumatına görə, hakerlər Konqresin qanun layihələri üzərində işləyərkən istifadə etdiyi əsas maliyyə məlumatlarına icazəsiz giriş əldə etmiş ola bilərlər. Hücumun xüsusilə ABŞ qanunvericiləri ilə müstəqil tədqiqatçılar arasındakı yazışmalara aid olduğu bildirilir.
Kiberhücum son günlərdə aşkarlanıb. ABŞ rəsmiləri bu məlumatların Vaşinqtonun rəqib hesab etdiyi ölkələrin dövlət orqanlarının əlinə keçə biləcəyini istisna etmirlər.
Qeyd edək ki, Konqresin Büdcə İdarəsi ABŞ qanunverici orqanını iqtisadi məlumatlar, təxminlər və proqnozlarla təmin edən federal qurumdur.
