Bakı. Trend:
Avropa İttifaqının yeddi ölkəsi Rusiya məhsullarına rüsumların tətbiq olunmasını istəyir və bununla bağlı Avropa Komissiyasına müraciət edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Almaniya rəsmiləri artıq müvafiq təkliflə çıxış ediblər.
Bundan əvvəl oktyabr ayında Finlandiya XİN rəhbəri Elina Valtonen Helsinkinin Rusiyadan idxal olunan bütün məhsullara rüsum tətbiq etmək niyyətində olduqlarını bəyan etmişdi.
Oktyabrın əvvəlində “Bloomberg” agentliyi “Böyük yeddilik” (G7) ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirməyə dair demək olar ki, razılığa gəldiklərini yazmışdı. Yeni məhdudiyyətlərin neft hasilatı sənayesinə aid müəssisələrə, “kölgə donanmasına”, eləcə də müdafiə sektoruna və üçüncü ölkələrə qarşı tətbiq edilə biləcəyi bildirilir.
