Bakı. Trend:
Azərbaycan və İtaliya mərkəzi bankları risk əsaslı nəzarət strategiyasının hazırlanması və tətbiqi imkanlarını müzakirə ediblər.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti İtaliya Mərkəzi Bankında işgüzar səfərdə olub.
Səfərin məqsədi risk əsaslı nəzarət strategiyasının hazırlanması
və tətbiqi, daxili kapital və daxili likvidlik adekvatlığının
qiymətləndirilməsi, eləcə də model riskinin idarə edilməsi və
verifikasiyası mövzuları üzrə müzakirələrin keçirilməsindən ibarət
olub. Bununla yanaşı, bazar davranışlarının tənzimlənməsi və
nəzarəti üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Mərkəzi Bankın nümayəndə heyəti tərəfindən
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”,
həmin çərçivədə icra olunan risk əsaslı nəzarət və “Suptech”
(nəzarət texnologiyaları) layihələrinin gedişatı barədə məlumat
verilib.
