Futzal millimiz növbəti oyununa çıxıb - İslamiada

İdman Materials 6 Noyabr 2025 20:13 (UTC +04:00)

Bakı. Trend:

Bu gün VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisi ikinci oyununu keçirib.

Trend xəbər verir ki, komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb.

Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.

Qeyd edək ki, millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti