Bakı. Trend:
2025-ci ilin yanvar-oktyabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 140,4 min nəfərdən çox və ya 2,72% artıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Beləliklə, 2025-ci ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 304 mln. nəfərdən çox təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 153 807 nəfər və ya 3,09% artıb.