...

İngiltərə futbol təşkilatları bir dəqiqəlik sükut qaydalarını dəyişdi

İdman Materials 7 Noyabr 2025 07:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə futbol təşkilatları ölkə çempionatlarının oyunlarından əvvəl yalnız futbolla bağlı hadisələr səbəbindən bir dəqiqəlik sükut elan edilməsinə qərar veriblər.

Trend “The Times” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar monarxın ölümü kimi milli əhəmiyyətli hadisələrə şamil olunmayacaq.

Bundan əlavə, irqçiliklə mübarizə kampaniyaları çərçivəsində futbolçuların diz çökmək kimi təşəbbüsləri də təşkilatlar tərəfindən tənzimlənməyəcək.

Qeyd olunur ki, əvvəlki qaydalara əsasən, klublar futbolla əlaqəsi olmayan yerli hadisələrə reaksiya vermək barədə qərarı müstəqil şəkildə qəbul edə bilirdilər.

Xəbər lenti

Xəbər lenti