...

"SpaceX" 2,6 milyard dollarlıq tezlik lisenziyaları alır

Dünya xəbərləri Materials 7 Noyabr 2025 08:46 (UTC +04:00)
"SpaceX" 2,6 milyard dollarlıq tezlik lisenziyaları alır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” aerokosmik şirkəti “EchoStar Corp”dan 2,6 milyard dollar dəyərində tezlik lisenziyaları əldə edib.

Trend xəbər verir ki, razılaşmaya əsasən, ödəniş “SpaceX”in səhmləri ilə həyata keçiriləcək.

Bu sövdələşmə 2025-ci ilin sentyabrında bağlanmış əvvəlki razılaşmanın davamıdır. Həmin vaxt “EchoStar” “SpaceX”ə ümumi dəyəri 17 milyard dollar olan tezlik lisenziyalarını satmışdı.

Məlum olduğu kimi, “EchoStar” peyk rabitəsi və rəqəmsal infrastruktur sahəsində ixtisaslaşan şirkətdir.

Xəbər lenti

Xəbər lenti