...

ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 7 Noyabr 2025 10:23 (UTC +04:00)
ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupunun analitikləri 2028-ci ilə qədər Azərbaycan üzrə yenilənmiş inflyasiya proqnozunu dərc ediblər.

Bu barədə Trend bank qrupuna istinadən xəbər verir.

Analitiklərin təxminlərinə görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,8 faiz, 2026-cı ildə 5,9 faiz təşkil edəcək, 2027-ci ildə isə 8,9 faizə qədər yüksələcək.

Rüblər üzrə proqnozlara görə, 2025-ci ildə göstəricilər aşağıdakı kimi olacaq: üçüncü rübdə inflyasiyanın 5,2 faiz, dördüncü rübdə isə 6,1 faiz səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, baza ssenarisində orta illik inflyasiya səviyyəsi 2025-ci ildə 5,4 faiz, 2026-cı ildə 4,8 faiz, 2027–2029-cu illərdə isə orta hesabla 4,3 faiz səviyyəsində olacaq.

Bildirilib ki, bu göstərici bir sıra amillər – xüsusilə qlobal əmtəə qiymətlərinin, o cümlədən ərzaq məhsullarının ucuzlaşması və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnənin dinamikası və manatın sabitliyi, eləcə də tənzimlənən mallar və xidmətlər üzrə tarif dəyişikliklərinin təsiri nəzərə alınmaqla hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti