...

Gürcüstan ABŞ ilə münasibətləri yenidən nəzərdən keçirməyə hazırdır- Kaladze

Dünya xəbərləri Materials 6 Noyabr 2025 17:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildə yenidən nəzərdən keçirilməsinə hazırdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.

“Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildə yenidən nəzərdən keçirilməsinə hazırdır. Əvvəlki administrasiya dövründə bizə ünvanlanan hədələr eşidirdik ki, bu da qəbuledilməzdir. Biz müstəqil ölkəyik, müstəqilliyimiz uğrunda babalarımız mübarizə aparıblar və biz bu müstəqilliyi kimsədən asılı olmamaq üçün qazanmışıq”, - deyə Kaladze bildirib.

Xatırladaq ki, Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə ölkədə “xarici agentlər haqqında” qanunun qəbulundan sonra pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti