...

Ürək köçürülməsi əməliyyatlarının bir hissəsinin dövlət hesabına qarşılanmasını təklif edilir

Cəmiyyət Materials 6 Noyabr 2025 13:24 (UTC +04:00)
Ürək köçürülməsi əməliyyatlarının bir hissəsinin dövlət hesabına qarşılanmasını təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar ürək-damar qan xəstəlikləri sayəsində on minlərlə insanın əvvəllər əlçatanlığı mümkün olmayan əməliyyatları bu gün dövlətin maliyyə imkanı sayəsində həll olunur.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr müavini ürək köçürülməsi əməliyyatlarının bir hissəsinin dövlət hesabına qarşılanmasını təklif edib:

“Ötən il 300-dən çox böyrək və qaraciyər transplantasiyası dövlət vəsaiti hesabına olunub.

Düşünürəm ki, önümüzdəki ildə ürək transplantasiyasının rəqəmlərinin qaraciyər əməliyyatının maliyyətinin daha az olduğunu nəzərə alaraq 10 əməliyyatın da dövlət proqramına salınması düşünülə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti